Gündəm

Qüdrət Həsənquliyev bələdiyyələri tənqid etdi: Sahibkarların marağına toxunurlar

Qüdrət Həsənquliyev bələdiyyələri tənqid etdi: Sahibkarların marağına toxunurlar
Hər il müvafiq dövlət qurumuna bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verilir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökumətdən müvafiq qanun layihələri parlamentə daxil olmur.
 
 
Sfera.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə "Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsində çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur:
 

"Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra həmin pul geri qaytarılmır. Hesab edirəm ki, Ədliyyə Nazirliyi bu  qanunsuzluqların alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür. Mənə bir diş həkimi müraciət etmişdi, onun obyekti qanunsuz halda icra hakimiyyəti tərəfindən sökülmüşdü. Bələdiyyə isə bu məsələdə vətəndaşın tərəfində olmur”.
 
 
Aydan Lətifova
AdRiver

XƏBƏR LENTİ