Hadİsə
Gündəm

Qubadakı faciəvi hadisə ilə bağlı xəstəxanadan açıqlama – Ölən və yaralananlar adları bəlli oldu

Qubadakı faciəvi hadisə ilə bağlı xəstəxanadan açıqlama – Ölən və yaralananlar adları bəlli oldu
"Quba Palace Hotel”ə (Əvvəlki adı Quba Rixos) məxsus olan kanat bu saatlarda qırılıb.

Sfera.az Minval.info-ya istinadən xəbər verir ki, ilkin məlumatda hadisə zamanı 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı deyilirdi.

Quba rayon xəstəxanasından minval.info-ya bildiriblər ki, xəstəxanaya bu hadisə ilə bağlı 3 nəfər daxil olub. Yaralılardan biri xəstəxanada dünyasını dəyişib. Hazırda 2 nəfər yaralıya yardım göstərilir. Onlardan biri olan Əhmədov Ruhi Mehman oğlunun vəziyyəti orta-ağırdır. Digər yaralı Həsənov Rafiq Əziz oğluna isə ambulator yardım göstərilir.

Hadisə zamanı dünyasını dəyişən Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğludur. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə barəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı məlumatını "Qafqazinfo” saytı verib.


AdRiver

XƏBƏR LENTİ