Qubada məktəbdə yanğın: İcra başçısı hadisə yerinə gəldi - FOTOLAR
19:54 / 10.12.2018
2528
Qubanın Amsarqışlaq kənd orta məktəbində yanğın baş verib.
"Qafqazinfo”nun Şimal bürosunun xəbərinə görə, yanğın saat 16:50-də başlayıb.
Hadisə nəticəsində məktəbdə olan şagird və müəllim heyətindən heç kim xəsarət almayıb.
Əraziyə FHN-nin Quba Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və təcili tibbi yardım maşınları cəlb edilib.
Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov və Post Patrul Xidmətinin əməkdaşları gəlib.
Kənd camaatı da yanğını söndürməyə cəlb edilib.
Hazırda yanğın söndürülmək üzrədir.
***
Yanğın artıq söndürülüb.
Sfera.az