Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş - Təfərrüat

Qubada evində ayı saxlayan sabiq nazirin xalası oğluymuş - Təfərrüat
Xəbər verdiyimiz kimi, Quba rayonun Mirzəqışlaq kənd ərazisində yerləşən Abbas Zeynalova məxsus fərdi təssərrüfatda adı "Qırmızı kitaba” düşmüş və qəfəsdə saxlanılması qanunla qadağan edilmiş bir ədəd qonur ayının saxlanıldığı məlum olub. 

Sfera.az Unikal.org-a istinadən xəbər verir ki, Abbas Zeynalov həkim və xoşməramlı səfirdir. Anası Bela Zeynalova isə müəllimdir. Zeynalovlar Qubada yaşayır. Abbas Zeynalovun bacısı Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyətinin başçısının müavinidir. Abbas Zeynalov Qubanın imkanlı şəxslərindən biridir. Onun rayonda balıq vətəgələri və meyvə bağları var. O, həmçinin sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası oğludur. 

A.Zeynalovun adı mətbuata heç də yad deyil. Belə ki, onun  oğlunun davranışları və bahalı obyektləri daim ictimaiyyətin müzakirəsinə səbəb olub.

Xatırladaq ki, A.Zeynalovun oğlu Əbil Zeynalov 2013-cü ilin iyunun 9-da paytaxtın Azadlıq meydanında idarə etdiyi 190 min manatlıq "Mercedes Gelandwagen” markalı avtomobillə 13 yaşlı paytaxt sakini Tahirə İsmayılovanı vuraraq öldürmüşdü. 

Hadisə zamanı tutulan 19 yaşlı sürücünün daha sonra sərbəst buraxılması vəziyyəti daha da qəlizləşdirib və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olmuşdu.

Bundan başqa A.Zeynalov Hüseynqulu Bağırov tərəfindən Qubada meşə fondu torpaqlarındakı "Orman” adlanan ictimai iaşə obyektinin qanunsuz olaraq sökülməsi haqqında xəbərlə gündəmə gəlmişdi.
 

 


 


OXŞAR XƏBƏRLƏR

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...

Əməkdar artist Firuzə İbadova haqqında yayılan xəbəri təkzib etdi

Əməkdar artist Firuzə İbadova səhnədən gedəcəyi xəbərlərini təkzib edib.    “Unikal” xəbər verir ki, müğənni “F...

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib.   Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqların...

Şagirdlərin tətil günləri AÇIQLANDI

Mayın 1-dən dövlət ümumi təhsil müəssisələrində 2023/2024-cü tədris ili üzrə ibtidai siniflər üçün əlavə yaz tətili (1-5 may) başlayır.   Sfera.az xə...