Qubada beynəlxalq simpozium keçirilir

Qubada beynəlxalq simpozium keçirilir
 

Bu gün Quba Soyqırımı Memorial Kompleksində "Tarixi yerlər və abidələr” I Beynəlxalq Quba Simpoziumu işinə başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, simpoziuma 5 ölkədən 50-ə yaxın alim və tədqiqatçı qatılıb. 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, "Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbir iki gün davam edəcək.

 

Simpoziumun iştirakçıları öncə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.  

Çıxış edənlər simpoziumun keçirilməsinin əsas məqsədinin dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək, regionlarda elm və mədəniyyətin inkişafına ictimai dəstək vermək olduğunu bildiriblər.

Simopoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan, Oman və başqa ölkələrdən olan alimlərin məruzələri dinləniləcək.


OXŞAR XƏBƏRLƏR