Qrip və koronavirusa qarşı “kokteyl” peyvənd bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK

Qrip və koronavirusa qarşı “kokteyl” peyvənd bu tarixdə  İSTİFADƏYƏ VERİLƏCƏK
Koronavirus, qrip və RSV virusundan qoruyacaq "kokteyl” peyvənd hazırlanır. 
 
Sfera.az xəbər verir ki, Moderna tərəfindən mRNA texnologiyası ilə istehsal olunacaq peyvəndin 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir. 
Davosdakı sessiyada çıxış edən şirkətin baş direktoru Stefan Bancel: 

"Məqsədimiz insanların bir mövsümdə peyvəndin bir neçə dozasını almaq istəmədiyi hallarda istifadə edilə bilən güclü mövsümi peyvənd əldə etməkdir",-deyə bildirib.

Qarışıq peyvəndin MRNA texnologiyası ilə hazırlanacağını bildirən Bancel, vaksinin ən yaxşı halda 2023-cü ilin payızında istifadəyə verilməsinin gözlənildiyini bildirib. 

Bancel, həmçinin şirkətin Omikron variantı üzərində hazırladığı peyvəndin başa çatdığını və klinik sınaqların çox yaxında başlayacağını deyib.

Əzizə Zeynal 
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR