Qonşularda ucuzdur, Azərbaycanda isə qiymətə minib - Səbəb nədir?

Qonşularda ucuzdur, Azərbaycanda isə qiymətə minib - Səbəb nədir?

"Bir məhsulun qiymətinin aylarla dəyişməməsi və qonşu ölkədən dəfələrlə baha olması iqtisadi əsaslarla izah edilə bilməz”.

Sfera.az yeni sabah-a istinadla  bildirir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O, Azərbaycana idxal olunan portağalın baha olmasının heç bir iqtisadi əsası olmadığını bildirib:

"İdxal edilən məhulların bir qisminin qiymətinin qonşu ölkələr ilə müqayisədə xeyli baha olması son zamanlar müzakirə olunan məsələlərdəndir. İstehlak bazarında uzun müddət qiyməti aşağı düşməyən məhsullardan biri də portağaldır. Hazırda Bakı supermarketlərində portağalın qiyməti orta hesabla 4.5 manatdan başlayır. Yay aylarından yüksələn qiyməti payızda da dəyişmədi. Ola bilər ki, bu meyvənin istehlakımızda payı çox deyil, amma bir məhsulun qiymətinin artıq aylarla dəyişməməsi və qonşu ölkələr ilə müqayisədə dəfələrlə baha olması iqtisadi əsaslar ilə izah edilə bilməz. Qonşu Gürcüstanda keyfiyyətindən və istehsal yerindən asılı olaraq portağalın qiyməti 0.4-1.35 avro arasında dəyişir. Yəni, qonşu ölkədə sözügedən məhsulun qiyməti bizim ishtehlak bazarı ilə müqayisədə keyfiyyətindən asılı olaraq 2-5 dəfə ucuzdur. Orta aylıq əmək haqqı 3,300 avro olan Avropanın siyasi paytaxtı hesab edilən Brüsseldə də portağalın qiyməti Bakı ilə müqayisədə aşağıdır. Avropa pulu ilə ifadədə Bakıda portağalın kilolqramı 2.38 avroya, orta aylıq əmək haqqı bizdən 12 dəfə çox olan Brüsseldə isə 2.1 avroya satılır”.

Ekspertin sözlərinə görə, qiymətlərin baha olması xarici ticarətdə liberallaşmanın olmamasına işarədir:

"Bunun səbəblərini iqtisadi baxımdan izah etmək mümkün deyil. Düşünə bilərsiniz ki, niyə sadəcə, bir meyvənin qiymətini müzakirə edirik. Məsələ, sadəcə portağalın qiyməti ilə bitmir. Bu əslində ondan xəbər verir ki, hələ də xarici ticarətimiz tam liberallaşmayıb. Belə olmasaydı, sahibkarlar ən asan variantda Gürcüstandan həmin meyvəni daha ucuz qiymətə gətirib gəlir əldə edə bilərlər. Deməli, bu meyvənin idxalı ilə az sayda sahibkar məşğul ola bilir. Hətta bəzən rəsmi statistikada say çox görünsə də, təəssüf ki, bu bir sıra digər ərzaq məhsulları üzrə də müşahidə olunur. CESD istehlak bazarında qiyməti region bazarları ilə müqayisədə kəskin yüksək olan məhsullar ilə bağlı monitorinq aparılaraq mətbuatda işıqlandırılmasını və xüsusən də idxal prosesinin, yaşıl dəhlizin fəaliyyətinin monitorinqdə ictimai nəzarətin gücləndirilməsini təklif edir. Gizli iqtisadiyyatın minimumlaşdırılması, monopoliyanın tam aradan qalıdırlması iqtisadiyyatın tam libeallaşdırılması ilə mümkündür”.


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...