Qonşu ölkədə \"Konqo-Krım\" qızdırmasına yoluxanların sayı artır

Qonşu ölkədə \
 

İranda "Konqo-Krım" qızdırmasına yoluxanların sayı 90-nı keçib.

Sfera.az bildirir ki,  bunu İranın Baytarlıq Təşkilatının sədr müavini Kərim Əmiri deyib.

K.Əmirinin sözlərinə görə, statistikaya əsasən cari ildə bu qızdırma nəticəsində 10 nəfər həlak olub.

 

Sədr müavini əlavə edib ki, İranın şərq sərhədlərində qanunsuz heyvan qaçaqmalçılığı Sistan və Bəluçestan vilayətində bu xəstəliyin artmasına səbəb olub.


OXŞAR XƏBƏRLƏR