Qonşu ölkə yenə \"silkələndi\"
19:15 / 16.09.2019
3233
İranın İsfahan vilayətinin Semirom rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.
Sfera.az bildirir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutunun Seysmologiya Mərkəzi bildirib.
Məlumata görə, zəlzələ rayonun Vənək şəhərinin 9 kilometrliyində 8 km dərinlikdə qeydə alınıb.
Ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Xatırladaq ki, 8 iyulda İranın cənub-qərbində Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb.