Qocalmanı sürətləndirən gündəlik vərdişlər: Dərhal həyatınızı dəyişin!

Qocalmanı sürətləndirən gündəlik vərdişlər: Dərhal həyatınızı dəyişin!
 Qaqabaqlı dayanmaq

İnsanın mimikaları gözəl görünməsində mühüm rol oynayır. Ən gözəl insan belə hirsli, qaşqabaqlı baxanda eybəcərləşir. Üstəlik, qaşqabaqlı durmaq, üzü turşutmaq mimik qırışların dəridə yer eləməsini sürətləndirir. Bunu çox gülənlər haqqında da deyirlər, lakin gülümsəməkdən vaz keçmək serotonin hormonlarına yox deməkdir ki, bu hormonlar olmadan da insan tez yaşlanır. Odur ki, gülümsəyin , cənablar!

Stress

İnsan orqanizminə stresin vurduğu ziyan artıq çoxdan isbat olunub. Bu səbəbdən insan üzündə nəinki qırışlar, hətta orqanizmdə müxtəlif xəstəliklər yaranır. Çox əsəbi insanlar, hər yüngül situasiyada qayğılanan  şəxsiyyət tipləri üçünsə psixi sağlamlığa müsbət təsir edən xüsusi çalışmalar var.

Otaq temperaturu

Evdə həddən artıq yüksək temperat urinsan dərisinin qurumasına səbəb olur, nəmişliyi çəkir, həddən artıq qurumuş dəri isə tez qırışır. Otaqda temperatur müsbət 20 dərəcə olmalıdır. Oturduğunuz otağın havasını tez- tez dəyişin ki, oksigenlə zəngin olsun, təmiz hava kompüter arxasında işləyənlərə  daha çox lazımdır, bu görmə qabiliyyətinə yaxşı təsir göstərir.

Gözətrafı dəri

Gözətrafı dəri üzün ən incə  hissəsidir. Buna görə göz ətraflarına xüsusi qayğıı göstərilməlidir. Göz ətrafında qırışlar hələ gənckən də yarana bilər. Buna görə tərkibində kofein, peptidlər və nikotin turşusu olan  gözətrafı kremlərdən istifadə olunmalıdır. O cümlədən qulaq və boyun dərisinə qulluq da unudulmamalıdır.

Televizora baxmaq

Alimlər araşdırmalar nəticəsində belə qərara gəliblər ki, televizora baxmaq  zərəli asudə vaxt təşkilidir. Televizora uzun müddət baxmaq həm  görmə qabiliyyətini zəiflədir,həm də insanın duruş qabiliyyəti  dəyişir ki, bunun nəticəsində də daxili orqanlar zərər görür. Ekspertlər bildirilər ki, ya hər yarımsaatdan bir ekran qarşısından durub  gəzmək və ya televizora baxarkən hansısa kişik idman hərəkətləri ilə məşğul olmaq lazımdır.

Üz yumaq

Həddən artıq tez- tez üz yumaq da  üz dərisini qocaldır. Yuyularkən üz dərisi qırışların  və dəri qurumasının qarşısını alan  efir yağlarından məhrum olur. Gündə 2 dəfədən çox üz yumaq  dəri üçün zərərlidir.

Dietlər

Hansısa maddələrin rasiondan bir dəfəlik çıxarılması artıq ona öyrəşmiş orqanzim üçün zərərli ola bilər. Həddən artıq yağ itkisi dərinin tərafətini və gərilmə qabiliyyətini azaldır. Orqanizm üçün faydalı olan omeqa 3, yağlı turşular və digər  faydalı yağları əldə etmək üçün kətan yağı, balıq yağı, avokado kimi  ərzaqlardan tez- tez istifadə edin.

Kofe

Kofe sidikqovucu içkidir, orqanizmdə kortizolun miqdarını artırır ki, bu da qocalma  prosesini sürətləndirir. Ekspertlər kofenin ardınca bir stəkan su içməyi və ya onu yaşıl çayla əvəz etməyi məsləhət  görürlər.

Zərərli vərdişlər

Gəncliyin ömrünü qısaldan zərərli vərdişlərdən – siqaret, alkoqollu içkilər və ən əsas da narkotiklərdən uzaq durmaq  lazımdır. Çiqaret çəkərkən  ciyərlərə daxil olan tüstü hüceyrələrə oksigenin verilməsini çətinləşdirir, damarları daraldır və bu da qocalmanı sürətləndirir.

Yuxu

İnsan orqanizmi üçün  yuxu çox vacibdir. İstirahət etməmiş dəri yorğun və solğun görünür. Yuxu zamanı bədənin duruş şəkli də çox vacibdir. Üzü üstə yatmaq vaxtsız qırışların yaranmasını sürətləndirir.

Bizim Yol

OXŞAR XƏBƏRLƏR

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...