Qobustanda qəzada ölənlərin və xəsarət alanların adları məlum olub - FOTO

Qobustanda qəzada ölənlərin və xəsarət alanların adları məlum olub - FOTO
 

Qobustanda baş verən qəzada ölənlərin və xəsarət alanların adları məlum olub. 

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində 99-UL-587 dövlət nömrə nişanlı "VAZ 2107” və 10-OA-184 dövlət nömrə nişanlı "VAZ 2106” markalı minik avtomobillərinin  toqquşması nəticəsində Ağsu rayon Daşdəmirli kənd sakini, 1966-cı il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və Sumqayıt sakini, 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu aldığı ağır xəsarətdən hadisə yerində ölüb. 

Ağsu sakinləri, 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı, 1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı, Sumqayıt sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu ağır xəsarətlər aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

 

Faktla bağlı araşdırma aparılır. 
 

***

08.53

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.


OXŞAR XƏBƏRLƏR