QMİ-dən dindarlara koronovirusla bağlı VACİB MÜRACİƏT

QMİ-dən dindarlara koronovirusla bağlı VACİB MÜRACİƏT
 

"Qafqaz Müsəlmanları İdarəsi koronavirusla bağlı məscidlərə, məscid rəhbərlərinə və imamlara xüsusi tapşırıqlar verib".

Sfera.az  xəbər verir ki, bu barədə REAL TV-yə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib. O bildirib ki, insanlar kütləvi şəkildə gəlib Cümə namazlarında iştirak edir:

"Bacardıqları qədər təmasda olmamağa çalışsınlar. Bəzən adi bir haldan böyük ajiotaj yarana bilir. Biz gigiyenik tədbirlərə xüsusi şəkildə riayət edilməsini istəyirik. Müəyyən insanlar var ki, səcdə zamanı möhürə baş vurur. Əgər imkanları varsa, hərə öz möhürünü evindən gətirsin. Bununla da hansısa şübhələrin yayılmasının qarşısını alsınlar".

F. Nurullayev həmçinin təxirə salınan Ümrə ziyarətindən də danışıb. Onun sözlərinə görə, idarənin nümayəndəsi Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiriylə görüşüb: "Səudiyyə Ərəbistanının koronavirusla bağlı Ümrə ziyarətinə gedişin müvəqqəti dayandırılması məsələsi müzakirə edilib. Bu müvəqqəti xarakter daşıyır. Mütəxəssislər deyir ki, havalar istiləşəndə virusun yayılması minumum səviyyədə olur. Səudiyyə Ərəbistanında istilər tez başlayır. Yəqin ki, havalar istiləşəndən sonra ziyarət yenidən bərpa ediləcək. Məsələ Azərbaycan dövlətinin ciddi nəzarəti altındadır. Ölkənin müxtəlif ərazilərində qabaqlayıcı dezinfeksiya işləri görülür".



OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...