Qlobal temperaturun artması Xəzərin buz rejimini dəyişdirib

Qlobal temperaturun artması Xəzərin buz rejimini dəyişdirib
 Dünyanın ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin buz rejimi son on illiklər ərzində dəyişib.

Sfera.az "Trend"ə istinadən xəbər verir ki, bir qrup mütəxəssisin bununla bağlı apardığı tədqiqatların nəticəsi Mərkəzi Asiya Su Tədqiqatları jurnalında dərc edilib.

Məqalədə qeyd olunur ki, 1950-60-cı illərdə qeydə alınmış sərt qış mövsümlərini son on illiklərdə daha mülayim qış əvəz edib: "1990-cı ildən başlayaraq, soyuq dövrdə temperaturun 1,1-1,3 dərəcə artması Xəzər dənizinin buz rejiminə mənfi təsir göstərib”.

Müəlliflər qeyd edir ki, ötən əsrin ortalarından başlayaraq bu günədək temperaturun artımı tendensiyasını müşahidə etmək olar: 

"1980-2016-cı illər arasında buz qatının qalınlığının təhlili buzun qalınlığının azalma tendensiyasını göstərir”.

Müəlliflərin fikrincə, iqlim dəyişikliyinin dənizdəki buz qatına təsiri daha çox olacaq və bu amilin tədqiq olunması davam etməlidir: 

"İqlim istiləşdikcə buzda çatlar və parçalanmalar daha da çoxalır. İri buz parçalarının olmaması Xəzərdə yaşayan canlıların – məsələn, Xəzər suitilərinin yaşayış bölgəsini məhv edə bilər”.

OXŞAR XƏBƏRLƏR

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...

Fransalı jurnalist Ermənistana buraxılmadı - VİDEO

Fransalı jurnalist Ermənistana buraxılmayıb. O, hava limanında aclıq aksiyası elan edib.   Sfera.az xəbər verir ki, Milli.Az xəbər verir ki, Ermənist...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda "Azərbaycanın xarici siyasət...

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı m...