Qlobal Bakı Forumunda iştirak edəcək daha bir prezidentin adı məlum olub

Qlobal Bakı Forumunda iştirak edəcək daha bir prezidentin adı məlum olub

Makedoniya prezidenti V Qlobal Bakı Forumunda iştirak edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən Sfera.az-a verilən mləumata görə, Makedoniya prezidenti George İvanov və xanımı Maja İvanova mart ayında Azərbaycana gələcəklər.

Səfərin məqsədi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak etməkdir.

Qeyd edək ki, Makdedoniya prezidenti George İvanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) ilə yaxından əməkdaşlıq edir. George İvanov III və IV Qlobal Bakı forumlarında, həmçinin Mərkəzin İtaliya, Bosniya və Herseqovinada keçirilmiş Ali Səviyyəli toplantılarında iştirak edib. Bundan başqa, Makedoniya Prezidentinin təşəbbüsü ilə həyata keçirilən Gənc Liderlər Məktəbi də artıq 3 ildir ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlıq edir.

 
 

Xatırladaq ki, V Qlobal Bakı Forumunda Makedoniya dövlət başçısı ilə yanaşı, Latviya prezidenti Raymond Veyonis, Albaniya prezidenti Buyar Nişani və digər ölkələrin indiki, həmçinin keçmiş rəhbərləri iştirak edəcək. Növbəti forum "Xarici əlaqələrin gələcəyi: güc və maraqlar" mövzusuna həsr olunub. Nüfuzlu itcimai-siyasi xadimlər, elm adamları transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu, Avropanın gələcəyi, populizm və ekstremizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri mövzusunda fikir mübadiləsi aparacaq, həll yolları təklif edəcəklər.(milli.az)


OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...