“Qızlara ləkə yaxan vicdansız, rüşvətxor...” – Tolikdən sərt sözlər

“Qızlara ləkə yaxan vicdansız, rüşvətxor...” – Tolikdən sərt sözlər

Tanınmış teleaparıcı, prodüsser Tarix Əliyev (Tolik) "Elina işi”ndə təqsirli bilinən direktor Sevinc Abbasovanın görüntülərini paylaşıb. 

Sfera.az yeni sabah-a istinadla xəbər verir ki, Tolik onunla bağlı sərt fikirlər səsləndirərək lənət oxuyub:

"Bunun ən böyük cəzasını Allah o dünyada verəcək! Bununla əlbir olan, o qızın ölümündə kimin təqsiri varsa, Allah hamısının bəlasını versin, inşallah. Balaca qızlara ləkə yaxan vicdansız, rüşvətxor, pulgir məxluqlar! İnşallah, illərlə yediyiniz haram pullar laxta qan olub burnunuzdan gələr!”

Qeyd edək ki, Səbail rayon Məhkəməsində Elina Hacıyevanın ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam etdirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında S.Abbasovanın ev dustaqlığı müddəti nəzər alınmaqla 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

 



OXŞAR XƏBƏRLƏR

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” ela...

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 19-da keçiriləcək.   Sfera.az xəbər verir ki, toplantının gündəliyinə 14 məsələnin mü...

Kürdə batan ata və qızının axtarışları DAVAM EDİR - VİDEO

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahir oğlu və 2018-...

Baş Prokurorluq Sumqayıtda konfrans keçirdi - FOTO

Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, aprelin ...

Prezident: "Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək"

Qarabağ və Şərqi Zəngəzur torpaqlarında ən müasir texnologiyaların tətbiqi nəticəsində həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük geniş vüsət alacaq...

53 abituriyent buraxılış imtahanından maksimum bal toplayıb - ADLAR

Xəbər verdiyimiz kimi, 10 mart 2024-cü il tarixində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri elan olunub.  ...