“Qızın 15 yaşının olduğunu bilmirdim...” - Zaur Kamal elçilikdən danışdı

“Qızın 15 yaşının olduğunu bilmirdim...” - Zaur Kamal elçilikdən danışdı
 

Xəzər TV-də Zaur Kamalın aparıcılığı ilə yayımlanan "5-də 5" verilişinin "Elçilik" rubrikasında 15 yaşlı qıza elçi gedilməsi ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. 7-ci sinif şagirdinin anası qızının oxumaq istədiyini və hələ ərə gedən yaşı olmadığını bildirsə də, oğlan tərəfi bunun mümkün olduğunu israr edib.

Sfera.az xəbər verir ki, məsələylə bağlı qafqazinfo-ya açıqlama verən Zaur Kamal verilişdən qabaq oğlan evinin onu aldatdığını bildirib:

"Mənə demişdilər ki, qızın 17-18 yaşı var. Hətta mən 17 olması ehtimalına da qarşı çıxmışdım. Dedilər ki, 17 olsa, gözləyərik. Biz o fikirlə Ağdama getdik. Qapıda qarşılayan anası qızın 15 yaşı var deyəndə əvvəlcə elə bildim, qızını verməmək üçün deyir. Sonra içəridə baxdıq ki, həqiqətən də, yaşı az imiş və məsələni yarımçıq qoyduq. Oğlana dedim ki, aldadıldığım bir işə mən qol qoya bilmərəm. Sonra başqasına getdilər və oradan "hə" alınıb. Çəkilişin davamı bu gün efirə veriləcək. 

 

Efirdə də söyləyəcəm ki, məsələnin davamı necə olub, elçilik dayandırılıb".


OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...