Qızıl və pulla dolu seyf oğurlandı

Qızıl və pulla dolu seyf oğurlandı
 
Bakıda evdən külli miqdarda pul və qızıl oğurlamış şəxs tutulub.
 
Sfera.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki Baş Cinayət Axtarışı İdarəsi, Yasamal RPİ və Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Bakı şəhər sakini Muğbil Abıyevə məxsus evdən içərisində 53 min manat pul və 10 min manat dəyərində qızıl əşyalar olan seyfi oğurlamaqda şübhəli bilinən Masallı rayon sakinləri Adıgözəl Mirzəyev tutulub. Digər şəxs isə müəyyən edilib.
 


OXŞAR XƏBƏRLƏR