Qızıl ucuzlaşacaq

Qızıl ucuzlaşacaq

Qızılın unsiyasının qiyməti 2017-ci ilin hər rübündə düşərək son rübdə 1100 dollar/unsiyaya geriləyəcək.

Sfera.az virtualaz.org-a istinadən xəbər verir ki, belə bir proqnoz Çinin "Oversea-Chinese Banking Corp." bankı tərəfindən verilib.

Bu bank 2016-cı ilin III rübündə "Bloomberg"agentliyi tərəfindən keçirilən qızıl proqnozu sorğusunda ilk sırada yer alıb. Bank verilən proqnozla əlaqədar bildirib ki, qızılın qiymətinin düşməsinə səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabr ayında böyük ehtimalla uçot dərəcələrini artıracağı və dolların məzənnəsinin getdikcə yüksələcəyidir.

Xatırladaq ki, hazırda qızılın unsiyasının qiyməti bankın gələn ilin sonu üçün verdiyi proqnozdan 16% çox, yəni 1276 dollar/unsiya təşkil edir. "Oversea-Chinese Banking Corp."un baş iqtisadçısı Barnabas Ganın sözlərinə görə, "Qızılın qiyməti bu il FES-in faizləri artırmaması səbəbindən yüksəldi. Amma, artıq FES dekabr ayından başlayaraq uçot dərəcələrini artırmağa davam etməsi ilə qızılın qiymətinin yenidən düşəcəyi gözlənilir".


OXŞAR XƏBƏRLƏR

Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ ETDİ

Ermənistanın və bir sıra digər xarici ölkələrin media resurslarında Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı hərbi məqsədlərlə istifadə edilməsi haqqında mən...

TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı AÇIQLAMA: "Həkiməqədər..."

"Əməkdar artist Cavanşir Məmmədovla bağlı bu gün saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub".  ...

Rusiya kvotanı artırdı – Daha çox taxıl ixrac ediləcək

Rusiya hökuməti taxıl məhsullarının ixracı üçün müəyyənləşdirdiyi kvotanı artırıb.  Sfera.az xəbər verir ki, bununla bağlı qərarı Nazirlər Kabineti qə...

“Anlamaq olmur ki, Qərb nə istəyir? ” – VİDEO

“Əslində Rusiya sülhməramlıların Qarabağa gəlişi də, gedişi də dünyada diskusiyalara səbəb olmuşdu. Burada qeyri-adi heç nə yoxdur. Çünki burada söz sahib...

Cavanşir Məmmədov VƏFAT ETDİ

Əməkdar artist Cavanşir Məmmədov dünyasını dəyişib.   Sfera.az-ın  Axşam.az-a istinadən məlumatına görə, müğənni bu gün 70 yaşında qəfil ür...

Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya EDİLDİ

Azərbaycan vətəndaşı Nəzərov Mais Fəxrəddin oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. ...