“Qızıl Qlobus” mükafatının qalibləri məlum oldu

“Qızıl Qlobus” mükafatının qalibləri məlum oldu
ABŞ-ın Los-Anceles şəhərində 2018-ci il ərzində kinematoqrafiya və televiziya sahələrində xidmətlərə görə "Qızıl qlobus” mükafatının 76-cı təqdimetmə mərasimi keçirilib.

İl üzrə "Ən yaxşı dram filmi” nominasiyasında Fredi Merkurinin həyat və yaradıcılığından bəhs edən "Bohem rapsodiyası” filmi "Qızıl qlobus” mükafatına layiq görülüb. "Ən yaxşı dramatik film aktyoru” mükafatını aktyor Rami Malek qazanıb.

"Ən yaxşı dramatik film aktrisası" nominasiyası üzrə "The Vife” adlı ekran əsərindəki roluna görə Glenn Close qalib olub.

Alfonso Kuaron "Roma” filmi üzərində gördüyü işə görə "Ən yaxşı rejissor”, "Yaşıl kitab” filmi "Ən yaxşı film komediya, yaxud muzikl" nominasiyasında "Qızıl qlobus” mükafatı qazanıb.

Kristian Beyl "Ən yaxşı komediya aktyoru” nominasiyasında "Hakimiyyət” filminə görə qalib olub.

"Qızıl qlobus” mükafatına namizədlər sırasında "A Star Is Born”, "Black Panter”, "Beale Street konuşabilseydi” və "Kara klanovets” filmləri də yer alıb.

Televiziyada mükafata layiq görülənlər isə bunlardır:

Ən yaxşı TV serialı (drama): "The Americans"

Ən yaxşı TV serialı (musiqili/komediya): "The Kominsky Method"

Ən yaxşı qısa TV serialı ya da TV filmi: "The Assassination of Gianni Versace: American Crime Story"

Ən yaxşı aktyor (TV musiqili/komediya): Michael Douglas, The Kominsky Method

Ən yaxşı aktrisa (TV musiqili/komediya): Rachel Brosnahan, The Marvellous Mrs Maisel

Ən yaxşı aktyor (TV drama): Richard Madden, Bodyguard

Ən yaxşı aktrisa (TV drama): Sandra Oh, Killing Eve

Ən yaxşı aktyor (TVqısa serial): Darren Criss - The Assassination of Gianni Versace: American Crime Story


OXŞAR XƏBƏRLƏR