“Qızıl buts”: Messi Mbappeyə qarşı

“Qızıl buts”: Messi Mbappeyə qarşı
Avropanın aparıcı futbol ölkələrində çempinlar bəlli olmaqdadı.


Mövsümün sonu yaxınlaşdıqca "Qızıl buts” mükafatı uğrunda mübarizə də qızışır.


Hazırda bu siyahıda "Barselona"nın ulduzu Lionel Messinin liderliyi davam edir. Kilian Mbappe (PSJ) ondan cəmi 3 qol geri qalır. Üçüncü pillədə qərarlaşan "Sampdoriya”nın təcrübəli forvardı  Fabio Kvalyarellanın hesabında isə 22 qol var.


"Qızıl buts”u qazanmağa yenə əsas namizəd göstərilən Messi ötən mövsüm 34 qolla karyerasında 5-ci dəfə bu mükafata sahib çıxmışdı. O, 2009/10, 2011/12, 2012/13 və 2016/17 mövsümlərində də Avropada bombardir adını qazanmışdı.


Cari mövsümdə isə onu bu mükafatdan edəcək yeganə rəqib kimi Mbappeni göstərmək olar. Son turda het-trikə imza atan fransalı futbolçunu qarşıda daha beş oyun gözləyir. İspaniyada isə mövsümün sonuna 4 tur qalıb. Üstəlik, məşqçilər korpusu Messini digər turnirlər üçün qorumağa da çalışırlar.


1. Lionel Messi (Barselona) - 33 qol (66 xal)
2. Kilian Mbappe (PSJ) - 30 (60)
3. Fabio Kvalyarella (Sampdoriya) - 22 (44)
4. Mbaye Diane (Kasımpaşa/Qalatasaray) - 28 (42)
5. Luis Suares (Barselona) – 21 (42)
6. Robert Levandovski (Bavariya) - 21 (42)
7. Kristof Pyontek (Cenoa/Milan) - 21 (42)
8. Kərim Benzema (Real) 21 (42)
9. Duvan Sapata (Atalanta) - 21 (42)
10. Luk de Yonq (PSV) - 27 (40.5)
11. Kristiano Ronaldo (Yuventus) - 19 (38)
12. Serxio Aquero (Mançester Siti) - 19 (38)
13. Məhəmməd Salah (Liverpul) - 19 (38)
14. Nikolas Pepe (Lill) - 19 (38)
15. Pyer-Emerik Obameyanq (Arsenal) - 19 (38)

OXŞAR XƏBƏRLƏR

"Torpaqlarımızın işğalına səbəb olanların xalqa çağırışlar etməyə heç bir haqqı yoxdur" - Azər Badamov

“90-cı illərin əvvəlində xalqın etimadını itirən və ümidlərini puça çıxaran, torpaqlarımızın işğal olunmasına səbəb olanların xalqa çağırışlar etməyə ...

Ötən sutka 23 yanğına çıxış OLDU

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəla...

“Azərişıq” Şirvanda yenidənqurma işlərini davam etdirir - VİDEO

“Azərişıq” ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir.   Sfera.az xəbər verir ki, investisiya layihəsi çərçivəsində...

Azərbaycan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlim KEÇİRDİ - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə ...

"Əli Kərimli və onun kimilərə mitinq keçirməyi tapşıranlar Azərbaycana zərbə vurmaq istəyir" - Millət vəkili

“Fransanın buradakı səfirini geri çağırmaqda məqsədi bizə qarşı olanlara pionerlik etməkdir”.  Sfera.az xəbər verir ki, bunu Milli Məclisi...

"İsrail İrana raket hücumu edəcəyini bildirib" -  ABŞ mediası

“ABŞ İsrailin İrana hücum edəcəyini bilirdi”.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlum olub ki, İs...