Qız toy ərəfəsində polis serjantı ilə qaçdı - Film kimi olay - Video

Qız toy ərəfəsində polis serjantı ilə qaçdı -  Film kimi olay - Video

Şabranda 19 yaşlı qız toy ərəfəsində polis serjantı ilə qoşulub qaçıb. 

Sfera.az-ın Ans TV-yə istinadən məlumatına görə, 24 yaşlı polis serjantı Röyal Şıxveyisovla 19 yaşlı həmkəndlisi Ayişə Poladovanın sevgisi uşaqlıqdan başlayıbmış. Amma qızın valideynləri onu Röyala yox, Rusiyada yaşayan xalası oğluna ərə verməyə hazırlaşırlarmış.

Qız toyu olan, cehizləri ər evinə yola salınan Ayişə isə oğlan toyuna bir neçə gün qalmış valideynlərin qərarının əksinə çıxaraq öz sevgilisi Röyalla qaçmaq qərarına gəlib.

Ayişənin anası qızının bu addımından narazı görünsə də, sonda ona yalnız xoşbəxtlik arzulayır.

Qızın anası Alidə Zəkiyeva deyir ki, Ayişə onu istəyib gedib, öz həyatıdır.

Ayişənin anasından fərqli olaraq Röyalın anası Sevda Şıxveyisova gənclərin qərarından məmnun görünür. Artıq valideynləri onlara toy da edib və gənclərin nikahı rəsmiləşdirilib.

“Gözüm üstə yeri var, hazırda onlar xoşbəxtdir. Qız sevdiyi üçün oğluma qoşulub qaçıb. Təbii ki, qız sevməsəydi qaçmazdı”.

Qaldı ki, Ayişənin tərk edib gəldiyi xalası oğluna, onun üçün də bu hadisə yaxşı sonluqla bitib. Belə ki, onun da öz sevdiyi var imiş, artıq həmin xanımla evlənib.

Valideyn müdaxiləsinin nəticəsini gənclər son anda olsa, belə xoşbəxt məcraya dəyişə biliblər.


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...