“Qiymət təlatümləri baş verəcək” - Bahalaşmanın qarşısı necə alına bilər?

“Qiymət təlatümləri baş verəcək” - Bahalaşmanın qarşısı necə alına bilər?
Son aylarda xarici bazarlarda baş verən bahalaşmanın Azərbaycana təsirləri göstərdi ki, yerli xammala əsaslanan istehsal sahələri qiymət artımlarına qarşı daha dözümlü olduğu halda, istehsalın bir hissəsi və ya tamamı idxal mallarından asılı olan sahələr dözümsüzdür. Bu səbəbdən xarici bazarlarda baş verən qiymət artımları idxal malları hesabına istehsal həyata keçirən sahələrin məhsullarının sürətlə bahalaşması ilə nəticələndi.  

Sfera.az bildirdi ki, qiyməti sürətlə artan sahələrin başında yeyinti sənaye gəlir. 

Son bir neçə ayın təcrübəsi göstərdi ki, istehsalı zamanı əsas xammal yerli kənd təsərrüfatı məhsuludursa, onun qiymətində ya artım olmadı, ya da qismən artım baş verdi. Əksinə, hansı son məhsulun istehsalı üçün əsas xammal idxal edilibsə, həmin yeyinti sənayesi məhsulunun satış qiymətində 10 faizdən çox artım oldu. 

Deməli, son məhsul istehsal edən müəssisənin yaradılması hələ ərzaq məhsulu ilə etibarlı təminat haqqında danışmağa əsas vermir. Ölkəmizdə yeyinti sənayesi müxtəlif çeşidli qida məhsulları istehsal etsə də təəssüflər olsun ki, istehsal əksər hallarda yerli xammala əsaslanmır. Buna görə də xarici bazarlardakı qiymət artımı baş verən kimi yerli sənaye mallarının da bahalaşmasını qaçınılmaz etdi. 

Yeyinti sənayesi əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində, əhalinin işlə təmin olunmasında, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında öz töhfəsini verən sahədir. Bu sahənin inkişaf etdirilməsi, istehsalın yerli xammala əsaslanaraq təşkil edilməsi onun ehtibarlı xammal bazasının formalaşmasını tələb edir. 

Bunun üçün ən səmərəli yol kənd təsərrüfatı və yeyinti sənayesi arasında qarşılıqlı əlaqə mexanizmlərinin təkmilləşdirilməsidir. Regionların inkişafı üzrə dövlət proqramları yeyinti sənayesinin xammal bazası olan kənd təsərrüfatının inkişaf etdirilməsini məqsədlərdən biri komi qarşıya qoyulub. Lakin dövlət proqramlarının bir neçəsinin icrasının yekunlaşmasına baxmayaraq, yerli kənd təsərrüfatı istehsalına əsaslanan xammal bazasını yaratmaq mümkün olmayıb. 

Halbuki, qabaqcıl ölkələrin hər biri yeyinti sənayesi ilə kənd təsərrüfatının inkişafına eyni xarakterli proses kimi yanaşır. Hökumətlər ərzaq təhlükəsizliyinin təmin edilməsinin ən etibarlı yolunu yerli xammala əsaslanan istehsalda görür. 
Əgər Azərbaycanda yeyinti sənayesi üçün lazım olan xammalı yerli istehsal hesabına təmin etmək mümkün olmayacaqsa, o halda, daim xarici faktorlar səbəbindən ölkədaxilində qiymət təlatümləri baş verəcək. Əsas xammal tədarükçüsü olan ölkələrdə və ya xarici bazarlarda baş verəcək qiymət artımları kifayət edəcək ki, ölkəmizdə ciddi bahalaşma olsun. Yeyinti sənayesi yerli xammal istehsalına əsaslanarsa, o zaman, bu cür neqativ təsirlərdən qaçmaq mümkündür. 

Eyni zamanda unutmaq lazım deyil ki, yeyinti sənayesi məhsullarının ixracının artırılması da yalnız daxili xammaldan istifadə hesabına mümkündür. İdxal edilən xammalı burada emal edib ixraca yönəltməklə rəqabətə davam gətirmək, xarici bazarlarda satış həyata keçirmək mümkün deyil. 

Beləliklə, həm qiymət sabitliyin, həm etibarlı qida təhlükəsizliyi üçün, həm də rəqabətədavamlı ixrac imkanları yaratmaq məqsədilə hökmən yerli kənd təsərrüfatı məhsullarına əsaslanan yeyinti sənayesi formalaşdırılmalıdır. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan VERƏCƏK

Dövlət İmtahan Mərkəzinin aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına keçirəcəyi qəbul imtahanında (II cəhd) 19716 bakalavr iştirak edəcək. &...

Azərbaycan və Qırğızıstan diasporları əməkdaşlıq EDƏCƏK

Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. &...

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri TƏYİN EDİLDİ

"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.   Sfera.az...

Azərbaycanda YENİ QADAĞA - Bu tarixdən QÜVVƏYƏ MİNƏCƏK 

Mayın 1-dən balıqların kürütökmə dövrü ilə əlaqədar ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   Bu barədə Sfera....

Peter Siyartonun Azərbaycana rəsmi səfəri BAŞLADI

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun Azərbaycana rəsmi səfəri başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazir sosial şəb...

Mübariz Qurbanlıya AĞIR İTKİ

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlıya ağır itki üz verib.   Sfera.az İqtisadiyyat.az-a istinadən xəbər verir...