Qışda xəstələnmək istəmirsinizsə, bu qidaları yeyin - SİYAHI

Qışda xəstələnmək istəmirsinizsə, bu qidaları yeyin - SİYAHI

Qış aylarında bədənin immunitet sistemini gücləndirmək üçün qidalanmaya xüsusi diqqət etmək vacibdir.

Sfera.az lent.az-a istinadən qışda xəstəliklərdən uzaq qalmaq üçün mütəxəssislərin məsləhət gördüyü qidalanma qaydalarını təqdim edir.

Xurma

Xurma lif baxımından zəngin meyvədir. Vitamin və mineral qaynağı olan xurma qış aylarında ən çox üstünlük verilən meyvələr arasında yer alır. Bədənə bir çox faydası olan xurmanın immunitet sistemi gücləndirməklə yanaşı, infeksiyalara qarşı qoruyucu təsiri də var. Tərkibindəki zəngin lif sayəsində mədə-bağırsaq sisteminin işini təmin edərək, qəbizliyin qarşısını alır, antioksidantlarla zəngin olması isə bədəndə xərçəngə qarşı qalxan vəzifəsi yerinə yetirir.

Brokoli

Kükürd, kalium, selen, B1 və C vitaminləri başda olmaqla, bir çox vitamin ehtiva edir. Alma suyu və kök suyu ilə brokoli suyunu qarışdıraraq içmək bədənə müqavimət qazandırır, xəstəliklərə qarşı mübarizəni gücləndirir. Eyni zamanda brokoli tərkibindəki  A vitamini sayəsində dərinin hüceyrə pərdələrini qoruyur. Qışda soyuq və ultrabənövşəyi radiasiyanın ziyanlarına qarşı dərini qoruyaraq sağlam qalmasına kömək edir.

İspanaq

İspanaq tərkibindəki bol miqdarda vitamin və minerallar sayəsində hələ keçmiş zamanlardan alternativ tibb sahəsində xəstəliklərin müalicəsində istifadə olunub. Kalori və yağ nisbəti çox aşağı olan ispanaq bu xüsusiyyəti sayəsində artıq çəkidən azad olmağı da asanlaşdırır. Bununla yanaşı qidalandırıcı liflər baxımından da zəngindir. İspanağın tərkibindəki bu liflər həzm sistemi üçün həyati əhəmiyyət kəsb edir, qəbizlik problemlərinə qarşı da faydalıdır.  

Yaşıl çay

Yaşıl çayın bədən üçün bir çox faydası var. Bitki mənşəli antioksidantlardan kate və polifenol tərkibli olması immunitet sistemini gücləndirir və qrip virusunun bədəndə yayılmasının qarşısını alır. Eyni zamanda artıq çəkidən azad olma baxımından da yararlıdır. Yaşıl çay aclıq hissinin qarşısını alır, maddələr mübadiləsini sürətləndirir və güclü antioksidant təsiriylə yağı parçalayaraq yağ yığılmasının qarşısını alır.

Qan təzyiqini nizama salaraq yüksək təzyiqi nizamlayır və göbək yağlanmasına mane olur, infarkt riskini aşağı salır. Qışın soyuğunda gündə 2 fincan yaşıl çay içməyə çalışın.

Portağal

Portağal zəngin C vitamini tərkibi sayəsində qış mövsümündə müşahidə edilən xəstəliklərə qarşı bədənə müqavimət qazandırır. Soyuqdəymə və qrip infeksiyalarından daha tez xilas olmağa kömək edir. Tərkibində olan B vitamini və fosfor sinir sistemini gücləndirir, fiziki yorğunluğun aradan qaldırılmasında faydalıdır. Qaraciyəri gücləndirir, qanı təmizləyər və bədəndə olan zərərli maddələrin xaric olunmasını təmin edər. 


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...