“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız

“Qırmızı körpü”dən Türkiyəyə yeni yol çəkilir - cəmi 4 saata çatacaqsız
Azərbaycanla sərhəddə yerləşən "Qırmızı körpü” məntəqəsindən başlayaraq Gürcüstandan keçməklə Türkiyə ilə sərhəddəki "Sarpi” sərhəd keçid məntəqəsinə qədər olan avtomobil magistralının 200 kilometri artıq inşa olunub. Qalan 230 kilometr hissədə tikinti işləri davam edir.

Sfera.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini, Avtomobil Yolları Departamentinin rəhbəri İrakli Karselidze departamentin bu gün keçirilən hesabat yığıncağında məlumat verib.

O deyib ki, hazırda Şərq-Qərb avtomobil yolunun əsas tərkib hissəsini təşkil edən bu magistralda tikinti işləri qrafik üzrə davam edir.

Onun sözlərinə görə, hazırkı 460 kilometrlik məsafə 30 kilometr qısalaraq 430 kilometr olacaq. Hazırda bu yolun qət olunmasına sərf olunan 8 saat, gələcəkdə iki dəfə azalaraq 4-4,5 saat təşkil edəcək. Yolda hərəkət tam təhlükəsiz olacaq.

Qeyd edək ki, Şərq-Qərb avtomagistralı layihəsinin 2021-2022-ci illərdə başa çatdırılması nəzərdə tutulub. 

OXŞAR XƏBƏRLƏR

Xalq artisti Tünzalə Ağayeva DƏYİŞDİ - FOTO 

Xalq artisti Tünzalə Ağayeva imicində dəyişiklik edib.   Sfera.az xəbər verir ki, pop star saçlarını uzadıb və rəngini narıncıya boyayıb. Onun yeni ...

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...