Dünya

Qırğızıstan DİN iğtişaş təşkilatçılarının axtarışına başlayıb

Qırğızıstan DİN iğtişaş təşkilatçılarının axtarışına başlayıb
 

Qırğızıstan DİN Bişkekdə və onun cənub rayonlarında törədilmiş iğtişaşlarların təşkilatçılarının şəxsiyyətinin müəyyənləşdirilməsi üçün tədbirlərə başlayıb.

APA "TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Kərimə Amanqulova məlumat yayıb.

"İğtişaş təşkilatçılarının müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər aparılır. Milis əməkdaşları normal rejimdə ictimai asayişi və paytaxt sakinlərinin, eləcə də qonaqların təhlükəsizliyini qoruyur”, - Amanqulova belə deyib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031