Qırğız müxalifətinin lideri dindirilməyə çağırıldı
11:50 / 20.08.2019
2138
Qırğızıstanın müxalif Respublika Partiyasının məşhur lideri Omurbek Babanov Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinə dindirilməyə çağırılıb.
Məlumatı komitənin mətbuat xidməti yayıb.
Onun Komitədə Baş Prokurorluğun açdığı cinayət işi üzrə şahid kimi dindiriləcəyi bildirilib.
Qeyd edək ki, Omurbek Babanov avqustun 9-da ölkəyə geri dönüb. 2017-ci ildə seşkilərdə hazırkı prezident Sooronbay Jeenbekova məğlub olduqdan sonra təzyiqlər altında ölkəni tərk edən Babanova qarşı cinayət işi də açılmışdı.