Qırğızıstan-Tacikistan sərhədində atışma: Ölən və yaralananlar var

Qırğızıstan-Tacikistan sərhədində atışma: Ölən və yaralananlar var
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb.

Sfera.az xəbər verir ki, artıq Tacikistan-Qırğızıstan sərhədində baş verən atışma nəticəsində bir nəfər ölüb.

"KTMT münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazırdır", - baş katib deyib.

Hadisə nəticəsində yaralananların sayı 6 nəfərə çatıb. Xəsarət alanların hamısı Tacikistan vətəndaşıdır.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.
 
 
***
 
Qırğızıstanla sərhəddə baş verən insident zamanı Tacikistanın bir sakini həlak olub.

Bu barədə Tacikistanın "ASIA-Plus" media qrupu məlumat yayıb.

Silahlı insidentdə 17 nəfər yaralanıb. Belə ki, Tacikistan tərəfdən yaralananlardan üçü mülki şəxs, səkkizi isə hərbçidir.

Qırğızıstanın Səhiyyə Nazirliyi öz növbəsində bəyan edib ki, atışmada 6 qırğız hərbçisi xəsarət alıb.

Tacikistanın İsfara şəhər merinin köməkçisi güllə yarası alıb.

(Report)

OXŞAR XƏBƏRLƏR