QHT Şurası bəzi saytlarla bağlı DTX-ya müraciət etdi

QHT Şurası bəzi saytlarla bağlı DTX-ya müraciət etdi
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurası (QHT DDŞ) bir sıra saytlarla bağlı baş prokuror Zakir Qaralov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevə edib.

Bu barədə APA-ya QHT DDŞ Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. Onun sözlərinə görə, Şuranın fəaliyyətində hər zaman şəffaflıq və hesabatlılıq prinsipini əsas götürüb: "Təəssüf ki, bəzi media qurumlarında müxtəlif dövrlərdə Şuranın fəaliyyətinə kölgə salmağa, işgüzar nüfuzunu ləkələməyə çalışan şantaj və böhtan xarakterli yazılar yer alıb. Bunlardan bəziləri Mətbuat Şurasına müraciətimizdən sonra üzr istəyərək, peşmanlığını ifadə etsə də, bundan nəticə çıxarmayan elektron media qurumları var. Ötən aydan etibarən bir sıra saytlarda Şura haqqında hüquq qaydalarına  və peşəkar jurnalist araşdırması normalarına uyğun olmayan, vətəndaş cəmiyyətinin inkişafı sahəsində ölkədə davamlı həyata keçirilən dövlət siyasətini qərəzli şəkildə gözdən salmağa yönələn məqalələr yayımlanıb. Bu cür saytları dəfələrlə yayımladıqları "məqalələrə” görə real araşdırmalar aparmağa dəvət etsək də, bütün suallarını cavablandırmağa hazır olduğumuzu bildirsək də onlar bundan yayınmaqla əsl məqsədlərinin şantaj və böhtan olduğunu göstərib”.

F. Qurbanov deyib ki, bu yazılarda Şuranın ictimai nüfuzuna və bütövlükdə ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə kobud hörmətsizlik edilməklə çoxsaylı təhqir və böhtana yol verilib.

"Bütün bunlara görə bu gün www.obyektivinfo.az, www.azerinews.org, www.nia.az, www.hakimiyyet.az, www.korrupsiya.az  vəwww.uluyol.info saytlarında haqqımızda dərc olunmuş böhtan, şantaj və təhqir hallarının araşdırılması xahişi ilə Zakir Qaralova və Mədət Quliyevə müraciət göndərmişəm. Şura olaraq, bu tip hallara qarşı sonadək dözmək fikrimiz yoxdur. Hesab edirik ki, bu məsələ hüquq müstəvisində həllini tapmalıdır” - deyə, o əlavə edib. 



OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...