QHT sədrindən yas mərasimləri ilə bağlı Operativ Qərargaha TƏKLİF

QHT sədrindən yas mərasimləri ilə bağlı Operativ Qərargaha TƏKLİF
Türkiyə Məzunları İctimai Birliyinin sədri

Bu gün 10 nəfər insanımız koronanın qurbanı oldu. Allah hər birinə qəni – qəni rəhmət eləsin.
Xalqımızın başı sağ olsun.

Yoluxma zəncirinin qırılmamasında ən böyük səbəblərindən bəlkə də birincisi, heç şübhəsiz ki, yas mərasimləridir. Yası düşmüş insanlarımızı anlamaq və başa düşmək, o qədər də çətin deyil. Cünķi insanlarımız vəfat edən hər bir şəxsi adət -ənələrimizə uyğun dəfn edib, toplumun qəbul etdiyi şəkildə yas mərasimləri keçirirlər. Amma biz millət olaraq var olmalıyıq, yaşamalıyıq və az itkilərlə bu gözə – görünməz düşmənlə aparılan müharibədə qalib gəlməliyik. Bəs necə edək ki, bu müharibəni tez və az itkilərlə qazanaq?
Axı bizim barbar erməni faşistləri ilə son və qalibiyyət döyüşünə başlamağımıza bəlkə də günlər qalır.

Təəssüf ki, (dəfn günü xaric) imamların (mollaların) karantin rejiminin tətbiq olunduğu bir vaxda, yas mərasimlərində həm qanunla, həm də dini əxlaqla iştirak etməsi ən böýuk vicdansızlıqdır.
Lütfən, vicdanlı olun. Yas mərasimlərindən imtina edin, axı siz də bu toplumun bir parçasısınız!
İnsanlarımızın sağlamlığı naminə dövlətimizin tətbiq etdiyi karantin rejiminin qayda – qanunlarına əməl etmək hər birimizin borcudur.

Yaxşı olar ki, Operativ Qərargah İctimai nəzarəti həyata keçirməyə məsul olan QHT nümayəndələrini vəfat edən şəxslərin dəfn günündə molla ilə birgə iştirakını təmin edilməsinə qərar versin.

İnanıram ki, hər bir QHT nümayəndəsi könüllü olaraq dəfn mərasimində iştirak etməklə, karatin rejiminin qaydalarına əməl olunmasında ictimai vəzifələsini yerinə yetirmiş olarlar.

OXŞAR XƏBƏRLƏR