Qəzeti 1 dəqiqəlik sükutla yad etməyin vaxtı çatdı

Qəzeti 1 dəqiqəlik sükutla yad etməyin vaxtı çatdı
Böyük Argentina yazıçısı Xorxe Luis Borxes yazırdı ki, kitab yaddaş, qəzet isə unutmaq üçündür. Borxes deyən dövr gəlib çatıb.

Axar.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Etibar Əliyev Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun qəzetlərə ayırdığı vəsaitin verilməsi ilə bağlı şərtləri dəyişdikdən sonra bir neçə qəzetin çap fəaliyyətini dayandırmasına münasibət bildirərkən deyib. E.Əliyev Rusiya qəzetləri ilə müqayisələr aparıb:

"Rusiyada çıxan "Arqumentı i faktı" qəzetinin tirajı 1.509.086, "Literaturnaya qazeta"nın tirajı 113.800, "Kommersant" qəzetinin tirajı isə 125.000 ədəddir. Bu qəzetlərin indi çıxan nömrələrini 2-3 ildən sonra da oxusan, görəcəksən ki, aktuallığı itirməyib. Bizim qəzetlər çıxdığı günün günortasından sonra makulaturaya çevrilir”.

Ekspert bildirib ki, islahat deyildikdə qəzetlərin keyfiyyətini artırmaq nəzərdə tutulmalı idi:

"Qəzet köşkləri” artıq "siqaret köşkləri” kimi tanınır. Köşklər geriyə qəzet qaytarmaqdan beziblər. Qəzetlərin keyfiyyəti (məzmununu nəzərdə tuturam) çox aşağı səviyyədədir. Tarixən qəzetlərin əsas alıcıları orta və yaşlı təbəqə sayılırdı ki, onlar da artıq qəzet oxumurlar. Bütün hallarda deyilən islahatlar keyfiyyəti nəzərdə tutmalıdır. Bu isə çox çətin məsələdir. İndiyə qədər bu edilməyibsə, bundan sonra bunu etmək mümkün deyil. Qəzeti 1 dəqiqəlik sükutla yad etməyin vaxtı çatdı”.


OXŞAR XƏBƏRLƏR

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...

Aparıcı Zamirə Dadaşova “Space TV”yə qayıtdı: “Məbləğin bir qismi ödənildi”

“Space TV” ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini i...

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin SİYAHISI

2024-cü ilin Dövlət Mükafatlarına təqdim edilən işlərin siyahısı açıqlanıb.   Sfera.az xəbər verir ki, siyahı Azərbaycan Respublikasının Elm, texnika...

İranlı diplomat Estoniya XİN-ə çağırıldı

İranın müvəqqəti işlər vəkili Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin sa...

Hərbi helikopterlər havada toqquşub: Ekipaj üzvləri həlak oldu

Malayziyada iki hərbi helikopter Lumut bazasında təlim uçuşları zamanı qəzaya uğrayıb. Ekipaj üzvlərindən heç biri sağ qalmayıb.   Sfera.az xəbər ver...