Krİmİnal

Qəzetdəki məqaləyə görə ələ keçən narkobaron

Qəzetdəki məqaləyə görə ələ keçən narkobaron
ABŞ polisi 37 ildir axtarışda olan 58 yaşlı Stiven Maykl Perisi həbs edib.

Sfera.az xəbər verir ki, bu haqda "Fox News” məlumat yayıb.

Bildirilir ki, cinayətkar təsadüfən tapılıb. Qəzetlərin birində Perisin anasının dünyasını dəyişməsi haqda nekroloq dərc olunub. Nekroloqda qadının oğlunun yeni adı, soyadı yazılıbmış.

12 apreldə polis Stiven Maykl Çaves soyadlı şəxsin Hyustondakı ofisinə gələrək həbs edib. Məlum olub ki, Çaves və Peris elə eyni adamlardır.
Stiven Peris 22 yaşında narkotik alverinə görə həbs olunaraq 9 il həbs cəzası alıb. Lakin il yarım sonra həbsxanadan qaçıb.  O, 1981-ci ildən federal axtarışda olub.

İlqar

AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31