Maraqlı

Qəzəblənmiş oranqutan ekskavatorla döyüşə çıxdı – VİDEO

Qəzəblənmiş oranqutan ekskavatorla döyüşə çıxdı – VİDEO
İndoneziyada qəzəblənmiş oranqutan meşəni məhv edən ekskavatorla qeyri-bərabər döyüşə çıxarkən kameralara düşüb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Borneo adasında çəkilmiş videoda meymun ağaca dırmaşaraq ekskavatorun çalovuna hücum edir. Maşinist cavab olaraq oranqutanı çalovla yerə atır. Heyvan çətinliklə ayağa qalxır və maşının kabinəsinə girməyə çalışır.

Videoçarxı heyvanların müdafiəsi təşkilatı "International Animal Rescue” çəkib. 

"Biz onların evlərini məhv edirik, onlar isə insanlara yaxın yerlərdə məskunlaşmağa məcbur olurlar. Bu isə növlər arasında münaqişəyə gətirib çıxarır” – oranqutanı xilas edən təşkilat üzvləri belə deyib.

WWF təşkilatının məlumatına görə, oranqutanların sayı son 60 ildə yarıbayarı azalıb. Son 20 il ərzində isə onların yaşayış arealının 55%-i məhv edilib.
 
Rəsul
Sfera.az
 
 
=

AdRiver
loading...

XƏBƏR LENTİ