Qəzaya düşən tanınmış qarmon ifaçısı öldü - VİDEO

Qəzaya düşən tanınmış qarmon ifaçısı öldü - VİDEO

İyulun 17-də Sumqayıt-Səngəçal yolunda baş vermiş qəza nəticəsində ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan Nazim Dadaşov az öncə dünyasını dəyişib.
 
Sfera.az axar.az-a istinadən bildirir ki, həkimlərin cəhdinə baxmayaraq, iki gün koma vəziyyətində olan xəstəni xilas etmək mümkün olmayıb.
 
Qeyd edək ki, Nazim Dadaşov tanınmış qarmon ifaçısıdır. O, həm də xanəndə Camal Dadaşovun oğludur.

Xatırladaq ki, Sumqayıt-Səngəçal yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində ağır qəza baş verib.

"Pekap" markalı maşının sürücüsü idarəetməni itirib və marketə çırpılıb.
 
Qəza nəticəsində marketdə olan 1973-cü il təvəllüdlü Nazim Camal oğlu Dadaşov ağır sınıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
 
DYP əməkdaşları hadisə yerində araşdırma aparır.
 
Milli.Az



OXŞAR XƏBƏRLƏR