Qəzada ölən və yaralananlar generala məxsus müəssisənin fəhlələri olub

Qəzada ölən və yaralananlar generala məxsus müəssisənin fəhlələri olub
 

Naxçıvanın Babək rayonunda ərazisində fəhlələri üzüm tarlasına aparan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində fəhlələrdən biri ölüb, bir neçə ağır yaralı var.

 

Sfera.az  xəbər verir ki, Ovqat.com-un əldə etdiyi məlumatlara əsasən, qəzanın səbəbi avtobusun nasazlığı imiş.

İddialara görə, qəza Nehrəm ərazisində yerləşən "Sum qalası bağçılıq” adlı üzüm və meyvə yetişdirən müəssisəyə aid avtobusda baş verib. Müəssisə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə aiddir. Qəzaya uğrayan avtobus isə bir neçə gün əvvəl Bakıdan həmin müəssisəyə göndərilib. Bildirilir ki, müəssisəyə 1 yox, 2 avtobus göndərilib və onlar Dövlət Gömrük Komitəsinin çıxdaş edilən avtobusları imiş. Fəhlə avtobusları o qədər nimdaş imiş ki, birini ümumiyyətlə ələ gətirmək mümkün olmayıb. Digəri isə nasaz vəziyyətdə istifadəyə verilib.

Şahidlərin bildirdiyinə görə, nasaz vəziyyətdə sürülən avtobus cəmi 3-4 gün Nehrəm "kolxozçu”larına qulluq göstərə bilib. Bu müddət ərzində dəfələrlə xarab olub yolda qalan avtobus bu gün nəhayət aşıb. Nəticəsi isə bir nəfərin ölümünə yol açacaq qədər ağır olub.

Məlumata görə, qəza ilə əlaqədar olaraq sürücü göz altına alınıb və yəqin ki, qəzanın bütün günahı onun boynuna qoyulacaq.

İddia edilir ki, "Sum bağları” bağçılıq müəssisəsində iş mövsümi xarakter daşıyır. Qul kimi bağlarda işləyən fəhlələr qazandıqları 5-10 qəpik naminə heç bir təhlükəsizliklərinin təmin olunmadığı şəraitdə çalşmağa məhkumdurlar. Onlarla hər hansı iş müqaviləsi bağlanmayıb və həyatları sığortalanmayıb.


OXŞAR XƏBƏRLƏR

Cinayət törədən 55 nəfər SAXLANILDI 

Aprelin 23-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Bu b...

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...