Qəzada ölən futbolçunun paylaşımı hər kəsi ağlatdı - \"Anama sözüm var...\" FOTO

Qəzada ölən futbolçunun paylaşımı hər kəsi ağlatdı - \

Türkiyənin Bursa şəhərində gənc futbolçu yol qəzasında həlak olub.

Sfera.az fanat.az-a istinadən xəbər verir ki, hadisə Mudanya rayonunda baş verib. Belə ki, məktəb avtobuslarından birinin sürücüsü sükana nəzarəti itirib. Nəticədə avtobus səkidə dayanan şagirdləri vurub. Hadisə nətiəsində ağır yaralanan 15 yaşlı İsgəndər Şimşək adlı futbolçu xəstəxanada həyatını itirib.

Türkiyənin həvəskarlar liqasında qapıçılıq edən İsgəndər Şimşəkin iki il öncə sosial mediada etdiyi paylaşım üzə çıxıb və hər kəsin kədərlənməsinə səbəb olub. Gənc futbolçu iki il əvvəl sosial media hesabında bu sözləri yazıb: "Anama sözüm var. Onu villalarda yaşadacam". 

Qeyd edək ki, İsgəndər Şimşək həvəskarlar liqasında çıxış edən "Nilüfər Altınşəhər Gənclik və Spor" klubunda çıxış edirdi.

 



OXŞAR XƏBƏRLƏR

BMT-nin Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

  “BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri həll etməyə ...

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...