\"Qeysəriyyə əməliyyatının mənfi fəsadları aylar sonra üzə çıxır\" - Türkiyəli ginekoloq

\
Hamıya məlumdur ki, hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil. Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.  Son zamanlar ölkəmizdə qeysəriyyə üsulu ilə uşaq dünyaya gətirən qadınların sayı artıb.
Sfera.az medicina.az-a istinadən bildirir ki, Türkiyənin qadın xəstəlikləri uzmanı ginekoloq A.Karateke bu əməliyyatın böyük riskləri barədə xəbərdarlıq edib. 

Onun sözlərinə görə, hamiləlik dövrünün həm ana, həm də körpə üçün sağlam bitməsi vacibdir. 

Hamiləlik dövründə qanaxmanın ciddi bir sağlamlıq problemi olduğuna diqqət çəkən Karateke, qadınların qanaxmasının əsas səbəbini plasentanın(cift) ön tərəfdə yerləşməsi və ananın bətninə yapışması ilə əlaqələndirib. Həkim bildirib ki, plasentanın ön tərəfdə yerləşməsi və bətnə yapışıq formada olması ciddi təhlükədir və ölümə səbəb ola bilir. Keysəriyyə əməliyyatı qadının sonrakı hamiləliklərini də riskə atır. Ümumilikdə dünyada statistikasına nəzər saldıqda, doğum sonrası ya da hamiləlik əsnasında qanaxmadan ölənlərin əksəriyyəti yuxarıda qeyd edilən səbəblə əlaqədardır.

Professor bu problemin həllində həkimlərin aldığı təhsil və təlimlərin də önəmli olmasına toxunub. Həmçinin vaxtından əvvəl doğuşlarınçox səbəbinin olduğunu qeyd edən həkim bildirib ki, tək məqsədləri bu cür körpələrin sağlam doğulmasına kömək etmək və xəstəxanalarda dəstəkləyici prosedurlar ilə heç bir problem olmadan yaşamalarını təmin etmək olduğunu bildirib. Qeyd edək ki, süni doğuş uğurlu həyata keçsə belə müəyyən mənfi nəticələri də ola bilər. Bunlara infeksiya, güclü qanaxma, qonşu orqanların travması və s. aiddir. Nəticələr dərhal özünü göstərməsə də, bir müddət sonra özünü biruzə verir.

OXŞAR XƏBƏRLƏR

Bakıda məşhur əyləncə mərkəzi YANIR - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntülə...

Bakıda taxta bazarı YANIR - YENİLƏNDİ - 2 - FOTO

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.   DİN-in mətbuat xidmətindən Sfera.az...

Ceyranbatan su kanalında 1 nəfər BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” deyilən ərazi...

Bakıda məşhur əyləncə mərkəzi yanır - VİDEO

Bakıda "Azadlıq" metrostansiyasının yaxınlığında yanğın başlayıb.   Sfera.az Trend-ə istinadən bildirir ki, hadisənin görüntüləri...

Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır

Azərbaycan və Pakistan ölkələr arasında ticarət əlaqələrinin yaxşılaşdırılmasına kömək edəcək Tranzit Ticarət Sazişi və Preferensial Ticarət Sazişinin hazırlanm...

“Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...” - Xoşqədəm Cavanşir Məmmədovdan DANIŞDI

“Əməkdar artist Cavanşir Məmmədovun ölüm xəbəri məni çox sarsıtdı. Ölüm gözlə qaş arasındadır”.   Sfera.az olay-a istinadən xəbər verir&n...