Qeysəriyyə doğumları insanın təkamülünə təsir edib

Qeysəriyyə doğumları insanın təkamülünə təsir edib

Alimlərin iddialarına görə, anaların qeysəriyyə üsulu ilə dünyaya uşaq gətirməsi hallarının çoxalması insanın təkamülünə təsir etməyə başlayıb. 

Belə ki, 1960-cı illərdən bu yana doğum kanalına sığmayan körpələrin sayı hər min adamda 30-dan 36-ya qədər altıb. Nəticədə çanaq sümüyü dar olduğuna görə qeysəriyyə yoluna üstünlük verən qadınların sayı da çoxalıb.

Əvvəllər doğum kanalının darlığına səbəb olan genlər anadan uşağa keçmirdi. Çünki çox vaxt bu zaman ana da, körpə də doğum əsnasında tələf olurdular. Amma indi qeysəriyyə əməliyyatı nəticəsində uşaqlıq yolu dar olan qadınlar doğuş zamanı ölmürlər. Demək, uşaqlıq yolunun darlığına səbəb olan genlər də onların övladlarına keçir. 

Vyana Universitetinin Biologiya şöbəsindən Dr. Philipp Mitteröckerə görə, tibbin dar doğum kanalı problemlərinə çarə tapmadığı dövrlərdə nəticə ölümcül olurdu və bu, təbii seleksiya effekti yaradırdı. "Çanaq sümüyü dar olan qadınlar 100 il əvvəl doğuşdan sağ çıxa bilməzdilər. Lakin indi rahatca doğa bilir və dar çanaq sümüyü genini öz qızlarına ötürürlər",- deyə, o, bildirib. 

Bəs bu vəziyyət gələcəkdə nələrə səbəb ola bilər? Dr. Mitteröckerə görə, təkamül prosesi bu seleksiya amilini nəzərə almaqla davam edəcək: "Bunun da bir sərhədi olacaq. Nə vaxtsa bütün uşaqların Qeysəriyyə yolu ilə doğulacağına inanmıram". (azvision.az)



OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...