AdRiver
Qeyri-adi ölüm cəzası: 6 yaşlı qıza təcavüz edən kişi 4 dəfə öldürüləcək

Qeyri-adi ölüm cəzası: 6 yaşlı qıza təcavüz edən kişi 4 dəfə öldürüləcək

 Pakistan məhkəməsi ötən ay 6 yaşlı qızı zorlayıb öldürməkdə ittiham edilən 24 yaşlı İmran Əliyə 4 ölüm cəzası kəsib.

Sfera.az BBC-yə istinadən xəbər verir ki, qaldığı evin yanındakı ərazini naməlum şəxslə tərk edən Zeynəb Ənsarinincəsədi hadisədən bir neçə gün sonra şəhər zibilxanalarının birində aşkar olunmuşdu. Yerli sakinlər polisi yararsız istintaq və cinayətə ləng reaksiya verməkdə qınayırlar.

Şənbə günü Pəncab əyalətində işini yekunlaşdıran məhkəmə iclası sərt təhlükəsizlik şəraitində keçirilib. Hökmün elanını dinləyənlər arasında qətlə yetirilən qızın atası da olub.


Hökmün elanını dinləyən qətlə yetirilən qızın atası Emin Ənsari

İmran Əli ən azı bir ildən artıq müddət ərzində başqa qızlara qarşı da təcavüz və qətllərdə ittiham olunur. Məlumata görə, məhkum günahını etiraf edib. İmran Əliyə verilən ölüm cəzaları qətl, zorlama, adam oğurlama və terrorçuluqla bağlı maddələrə əsaslanır.

Prokuror Ehtişam Qadir Şah "Reuters" xəbər agentliyinə bildirib ki, İmran Əli digər cinayətlərə görə bir daha məhkəmə qarşısına çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR


---