Qətl törətdi, iz itirmək üçün evi və meyiti yandırdı - VİDEO

Qətl törətdi, iz itirmək üçün evi və meyiti yandırdı - VİDEO
Abşeron rayonu Qobu qəsəbəsində bir neçə gün əvvəl baş verən ağır cinayətin üstü açılıb.

DİN-dən Sfera.az-a verilən məlumata görə, həmin qəsəbə ərazisində yaşayan Ülfət Höccətovun yaşadığı evdə yanmış meyitinin aşkar olunması ilə bağlı Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə məlumat daxil olan kimi dərhal əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə göndərilib.

Araşdırma zamanı təxminən 100 kv.m sahəsi olan, 1 mərtəbəli, 4 otaqlı evin yandığı, həyətin darvazasının açıq olduğu aşkar olunub. Həmçinin evin yaxınlığında qan izlərinin aşkar olunması polis əməkdaşlarında hadisənin qəsdən törədildiyinə dair əsaslı şübhələr yaradıb.

Ü.Höccətovun yanmış meyitinin müayinəsi zamanı onun sinə və kürək nahiyələrində kəsici-deşici xəsarətlər olması aşkar edildiyindən onun hadisədən əvvəl qətlə yetirildiyi müəyyən edilib.

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əmədaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini Cahangir Ramazanov saxlanılaraq prokurorluğa təqdim edilib.

İlkin araşdırmalar zamanı onun qətl hadisəsini Ü.Höccətovla şəxsi münasibətlər zəmində aralarında yaranan münaqişə zamanı törətdiyi məlum olub. Cahangir Ramazanov hadisəni əvvəlcədən planlaşdırdığını və qətli törədəndən sonra hadisə yerindən yayınan zaman üst geyimini dəyişdiyini bildirib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda  Cinayət Məcəlləsinin müvafiq  maddəsi ilə cinayət işi başlanılıb. Qətl hadisəsində başqa iştirakçıların olub-olmamasının müəyyən edilməsi istiqamətində  zəruri əməliyyat-axtarış tədbirləri  davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...