Dünya

Qətər şeyxindən Ərdoğana 400 milyon dollarlıq JEST - FOTOLAR

Qətər şeyxindən Ərdoğana 400 milyon dollarlıq JEST - FOTOLAR
Qətər şeyxi Təmim bin Həməd Al Sani Türkiyə prezidenti Rəccəb Tayyib Ərdoğana VİP təchizatlı özəl təyyarə hədiyyə edib.

Sfera.az xəbər verir ki, Sabiha Gökçən aeroportuna enən təyyarə prezidentin təyyarə donanmasına daxil edilib. Adi qaydada 400 nəfər sərnişin daşıya bilən təyyarə xüsusi təchizatı ilə 76 nəfər sərnişin daşımaq üçün nəzərdə tutulub.

Qətər şeyxinin 400 milyon dollarlıq Boeing 747-8 təyyarəsini Türkiyə prezidentinə hədiyyə etməsinin səbəbi kimi onun Ərdoğana olan hörməti göstərilir.


Rəsul

Sfera.az


AdRiver

XƏBƏR LENTİ