Qətər əmiri işğalçı ölkə prezidentini bağrına basdı...-FOTO+VİDEO

Qətər əmiri işğalçı ölkə prezidentini bağrına basdı...-FOTO+VİDEO
Almaniya Federativ Respublikasında işgüzar səfərdə olan Ermənistan prezidenti Armen Sarkisyan bu gün –fevralın 16-da Münhendə Qatar Əmiri Şeyx Tamim bin Həməd Əl Tani ilə mehriban görüş keçirib.
 
İşğalçı ölkə saytlarının məlumatına görə, görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər. O cümlədən tərəflər müxtəlif sahələrdə, qida sənayesində və  su resurslarının effektiv idarə edilməsi  sahələrində strateji əməkdaşlığın genişləndirilməsindən danışıblar.
 
Armen Sarkisyan qeyd edib ki, iki ölkə əməkdaşlıq üçün böyük imkanlara malikdir və Ermənistan keyfiyyətli su, sağlam qida istehsalı və təchizatı sahəsində mühüm rol oynaya bilər. 
 
Ermənistan  prezidenti Qətər əmirini ölkəsinə rəsmi səfərə  dəvət edib. Müsəlman dövlət lideri Əmir Tamim bin Həməd Əl Tani də işğalçı ölkə prezidentini  rəsmi səfərlə Qətərdə görəcəyinə çox şad olacağını ifadə edib
 
Xatırladaq ki, Qətər və Ermənistan başçıları  2018-ci ilin iyununda Moskvada da belə bir mehriban görüş keçirmişdilər... Moderator



OXŞAR XƏBƏRLƏR