“Qərbin Mqer Yeqizaryanın ölümünə heç bir reaksiya verməməsi ikili standartların bir formasıdır” – Asim Mollazadə

“Qərbin Mqer Yeqizaryanın ölümünə heç bir reaksiya verməməsi ikili standartların bir formasıdır” – Asim Mollazadə
Ermənistanın "Nubaraşen" həbsxanasında saxlanılan Mqer Yeqizaryan 45 gün davam edən aclıq aksiyasından sonra həyatını itirib. Mqer Yeqizaryan Mehman Hüseynovdan əvvəl, yəni ötən il dekabrın 5-dən bu aksiyaya başlamaşdı və ölənədək-düz 45 gün onu davam etdirdi.

Mehman özü artıq aclığı dayandırdığını deyəndə belə bunu görməzliyə vurub rəsmi Bakını kəskin tənqid edən, insan haqları, söz azadlığından dəm vuran qurumlar və şəxslərdən nədənsə səs çıxmır. Mqer Yeqizaryan ölkəsindəki partiyalardan birinin sədr müaviniydi və üstəlik də jurnalistlik edirdi-"Haynews.am" saytından sorumluydu.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, Avropa Şurası, Avropa Şurasının İnsan Haqları Komissarı Dunya Miyatoviçin görəsən bundan xəbərləri varmı? Avropa Parlamentinin bəlkə bu cür amansız və insan hüquqlarının tapdanıldığı bir hadisədən xəbəri yoxdur? Bəlkəsiz var deyə - düşünənlər də çoxdur. Əgər varsa, bəs niyə susurlar? Bəs Mehman Hüseynovun məsələsi ilə bağlı ard-arda bəyanatlar verən Qərbdən olan deputatlar bu məsələyə niyə ağızlarına su alıb oturublar?

Bu yerdə Azərbaycan parlamentinin deputatlarının hadisəyə münasibəti maraq doğurur. Görəsən, onlar bununla bağlı Avropa Parlamentinə məktub ünvablayacaqlarmı?

Millət vəkili Asim Mollazadə hafta.az-a açıqlamasında deyir ki, Qərbin Mqer Yeqizaryan hadisəsi ilə bağlı heç bir reaksiya verməməsi ikili standartların bir formasıdır. Yəni, bir sıra qeyri-müəyyən şəbəkələrlə, lobbi qrupları ilə bağlı olan şəxslər Ermənistandakı kobud insan hüquqları pozuntularını gizlədirlər: "Demokratiya və insan hüquqları amili Azərbaycana qarşı informasiya müharibəsində istifadə olunur. Bu artıq açıq-aşkar görünür. Beynəlxalq təşkilatların Ermənistanda belə bir faciəvi hadisəyə reaksiya verməməsinin əsas səbəbi bu qurumların erməni diasporu, lobbisi tərəfindən idarə olunması ilə bağlıdır”.

Mqer Yeqizaryanın ölümü ilə bağlı azərbaycanlı deputatların hansı addım atacağı da maraq doğurur. Asim Mollazadə bildirir ki, onlar bu kimi məsələlərdə dəfələrlə aktivlik nümayiş etdiriblər: "Biz bunu dəfələrlə demişik. Ermənistandakı insan hüquq və azadlıqlarını Avropada gündəmə gətirmişik. Yenə də ortada fakt var. Bu faktı da mütləq beynəlxalq təşkilatların diqqətinə çatdırmaq lazımdır. Beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq”.

Təxminən bir neçə həftə əvvəl Ermənistanı Avropa Şurasında təmsil edən deputatların erməni və dünya mediası ilə sıx işbirliyinin şahidi olduq. Hətta Azərbaycana qarşı qətnamə qəbul ediləndə ilk olaraq bu xəbəri işğalçı ölkənin mediası tirajlamışdı. Ermənistanı AŞPA-da təmsil edən parlamentarilər isə Qərbin bir sıra nüfuzlu telekanallarında ölkəmizə qarşı qarayaxma kampaniyasının "dozasını” daha da artırmaq üçün həqiqətə uyğun olmayan müsahibələr verirdi. Azərbaycanı Avropada təmsil edən millət vəkilləri isə Mqer Yeqizaryanın ölümünü hansı formada gündəmə gətirəcək? Açığını deyək ki, bu cür məsələlərin işıqlandırılması baxımından azərbaycanlı deputatların Qərb mediasına çıxışı elə də ürəkaçan deyil. İnformasiya müharibəsində erməni deputatların fəallığı daha aydın nəzərə çarpır. Bizim millət vəkilləri isə - söhbət AŞPA-da və digər təşkilatlardakı təmsilçilərimizdən gedir – ən yaxşı halda ölkə mediası ilə əməkdaşlıqda orta fəallıq nümayiş etdirir.

Asim Mollazadə isə deyir ki, millət vəkillərindən daha çox Azərbaycan mediasının xaricdəki həmkarları ilə birgə işləməlidirlər. Mqer Yeqizaryanın ölümü və bu kimi məsələləri daha geniş auditoriyaya çatdırmalı və müfəssəl şəkildə işıqlandırmalıdırlar: "Bu kimi hadisələr beynəlxalq mediaya çıxmalıdır. Azərbaycandan kənarda da Ermənistandakı bu kimi insan hüquq və azadlıqlarının pozulması halları geniş işıqlandırılmalıdır. Millət vəkilləri bu kimi məsələləri öz həmkarları ilə müəyyən təşkilatlarda işləyə bilər. Amma media artıq öz məsləkdaşları ilə çox ciddi əməkdaşlıq etməlidir. Özü də bu fəallıq daha çox ölkənin xaricində özünü göstərməlidir. Bir neçə dil bilən jurnalistlər bu məsələni işıqlandırmalı, Azərbaycan həqiqətləri ilə yanaşı qarşı tərəfdə baş verən bir sıra neqativ halları dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...