İdman

Qərar verildi: Həbib və Makqreqor idmandan uzaqlaşdırıldı

Qərar verildi: Həbib və Makqreqor idmandan uzaqlaşdırıldı
Nevada ştatının Atletik komissiyası qarışıq döyüş növləri üzrə döyüşən dağıstanlı idmançı Həbib Nurməhəmmədovu və rəqibi irland Konor Makreqoru müvəqqəti olaraq idmandan uzaqlaşdırıb.

Sfera.az xəbər verir ki, komissiya 7 oktyabrda baş tutan döyüşdən sonra Nurməhəmmədovun oktaqondan çölə tullanmasını və Makqreqorun tərəfdarı Dillon Devisə hücum etməsi ilə başlayan kütləvi davanı araşdıracaq.

Diskvalifikasiya müddəti 10 gün olacaq və 15 oktyabrdan etibarən hesablanacaq. İdmançıların işi ilə bağlı dinləmə 24 oktyabrda keçiriləcək. Dinləmə zamanı Nevada ştatı Atletik komissiyası idmançıları istintaq müddətində idmandan uzaqlaşdırmaqla bağlı qərar qəbul edəcək.

Qeyd edək ki, Həbib Nurməhəmmədov "İnstagram” səhifəsində UFC-nin tərəflərdən yalnız onun komandasına cəza tətbiq etməsi, Konor Makqreqorun isə cəzasız qalması ilə bağlı etiraz etmişdi.
 
Rəsul
Sfera.az

 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31