Qənirə Paşayeva yayılan videodan danışdı: \"Bu nə dəhşətdir, ilahi\"

Qənirə Paşayeva yayılan videodan danışdı: \
Qənirə Paşayeva "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı öz fikrini bildirib.
 
 
Sfera.az xəbər verir ki, Qənirə Paşayeva sosial şəbəkədə gənclər tərəfindən paylaşılan və trend olaraq adlandırılan "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşaraq bunu dəhşət adlandırıb.
 
Xanım millət vəkili həmkarı Fazil Mustafaya dəstək olduğunu və özünün də bu mahnı ilə bağlı aididyyatı orqanlara müraciət edəcəyini deyib: "Bu nə dəhşətdi İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm.
 
Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi? Çox düşündürücü və narahatverici bir məsələdir.
 
Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təssüf... Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülmıldir. Bu videoları bəyənənlərə isə sadəcə deyilıəcək sözüm yoxdur. Çox təssüf... Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların".
 
Qeyd edək ki, millət vəkili Fazil Mustafa "Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...