Qənirə Paşayeva AŞPA-ya səsləndi: Sarkisyanın burada nə işi var?

Qənirə Paşayeva AŞPA-ya səsləndi: Sarkisyanın burada nə işi var?
 AŞPA-nın Azad Demokratlar Qrupu toplantısında çıxış edərək işğalçı Ermənistanın prezidenti Serj Sarkisyanın AŞPA-ya çıxış üçün dəvət olunmasına etirazımızı bildirdim. 

Sfera.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

"Çıxışımda vurğuladım ki, Serj Sarkisyan AŞPA üzvü olan Azərbaycanın torpaqlarını işğal etmiş və 25 ildir ki işğalda saxlayan, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə dönməsinə imkan verməyən, Xocalı soyqırımını törədən bir ölkənin prezidentidir. Eyni zamanda, Sarkisyanın birbaşa bu dəhşətli cinayətlərdə əli olduğunu vurğulayaraq bildirdim ki, məhz o prezident kimi AŞPA-nın Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyi, köçkünlərin öz evlərinə dönməsinə imkan verməyi tələb edən 1416 saylı qətnaməsini, Sərsəng su anbarı ilə bağlı qətnaməni yerinə yetirməkdən imtina edir” - deyən millət vəkilinin bildirdiyinə görə,  həmçinin, AŞPA qətnamələrini yerinə yetirməyərək, işğalı davam etdirən bir prezidentin quruma dəvət olunaraq, ona çıxış verilməsini kəskin şəkildə qınayıb:

"Bütövlükdə AŞPA-nı ikili standartlardan əl çəkməyə çağırdıq. Vurğuladıq ki AŞPA rəhbərliyi və qrup adından çıxış edəcək həmkarımız məhz bu məsələləri Ermənistan prezidenti qarşısında sərt şəkildə qaldırmalıdır və ondan AŞPA qətnamələrinin yerinə yetirilməsini, qeyri-qanuni olaraq girov saxladıqları azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevin dərhal azadlığa buraxılmasını, ön cəbhə bölgələrində azərbaycanlı uşaqlara qaşı törətdikləri cinayətlərə son qoymalarını, bu cinayətləri törədənlərin ədalət qarşısında cavab verməsi məsələlərini tələb etməlidirlər. AŞPA üzvü olan Azərbaycanın xalqının, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlının, Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailəsinin, Ermənistanın qətlə yetirdiyi insanların, uşaqların ailələrinin Assambleyadan məhz bunu gözlədiklərini xüsusi vurğuladım və bildirdim ki ikili standartlar Azərbaycan xalqında bu təşkilata qarşı ciddi inamsızlıq yaradıb. Çünki Azərbaycan xalqı, öz evinə dönə bilməyən insanlar AŞPA-nın özünün qəbul etdiyi qərarların yerinə yetirilməsi üçün işğalçı ölkəyə ciddi təzyiq göstərməməsinə etiraz edirlər və onların səsini AŞPA duymalıdır”.

OXŞAR XƏBƏRLƏR

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi Ramil Nəsirov vəfat edib.   Sfera.az xəbər verir ki, bu haqda məlumatı ...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...