Qənimət Zahid Əli Kərimliyə necə atdı? – 175 minin davası

Qənimət Zahid Əli Kərimliyə necə atdı? – 175 minin davası

AXCP sədri Əli Kərimli ilə onun "silahdaşı”, "Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid arasında münasibətlər pisləşib. Buna səbəb 175 min avro qrantın tərəflər arasında bərabər bölüşdürülməməsidir. 

Məlumat üçün bildirək ki, Corc Sorosa bağlı donor təşkilatlardan biri layihə çərçivəsində "Azadlıq” qəzetinə 175 min avro qrant ayırıb. Ancaq, bu pulu Azərbaycana birbaşa çatdırmaq imkanı olmayan təşkilat həmin vəsaiti hazırda Fransada yaşayan Qənimət Zahidə ötürüb. 

Dava da bundan sonra başlayıb. Qənimət Zahid pulu götürdükdən sonra Əli Kərimliyə düşən payı ona çatdırmayıb, əvəzində yeni layihəyə başlayıb. Səbəb kimi "Azadlıq” qəzetinin çapının bərpa olunmamasından narahatlığını və qəzetin saytının informasiya siyasətindən narazılığını göstərib. Q.Zahidin bu bəhanəsi cənab Kərimlini özündən çıxarıb və 175 min avronun geri alınması üçün "Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyevi yanvarın 5-də Fransaya göndərib. Bundan sonra tərəflər arasında qarşıdurma daha da şiddətlənib. Məlumata görə, vəziyyət o həddə çatıb ki, Rahim Hacıyevlə Qənimət Zahid pul üstündə əlbəyaxa olublar. Onları yalnız polis müdaxiləsindən sonra ayırmaq mümkün olub. Sonrada tərəflərin qrant məsələsində razılığa gəldiyi deyilir. Öz aralarında anlaşan Rahim Hacıyev və Qənimət Zahid gözlənildiyi kimi mətbuata verdikləri açıqlamalarda məlumatı təkzib ediblər. 

Cəbhəçilərin bildirdiyinə görə, R.Hacıyev internet təhlükəsizliyi ilə bağlı təlimə qatılmaq üçün Fransada olub. Burada Q.Zahid deyib ki, aldığı pulu Ə.Kərimliyə verməyəcək. Çünki, o, bu pulu "Azadlıq” qəzetinə deyil, özünün və partiyanın xərclərinə sərf etmək niyyətindədir. 

Q.Zahid ”Yeni Müsavat”a açıqlamasında isə "Azadlıq” qəzeti üçün qapı-qapı düşüb pul yığan Əli Kərimlinin yalanını üzə çıxarıb. Bildirib ki, "Azadlıq” qəzetinin çap variantı borca, maliyyə probleminə görə bağlanmayıb. Yəni, bu məsələ maliyyə problemi ilə bağlı deyil. Halbuki, başda Əli Kərimli olmaqla bütün cəbhəçilər "Azadlıq”ın maliyyə problemindən bağlandığını deyirdilər. Hətta Kərimli sosial şəbəkədə silsilə statuslar paylaşaraq qəzetin "xilası”na çağırışlar edirdi. Bu, bir daha onu göstərir ki, "Azadlıq”ın çapının dayandırılması Kərimlinin planıdır. 

Sual oluna bilər ki, məqsəd nədir?

Kərimli bununla Azərbaycanda guya müxalif KİV-ə basqıların olduğunu, maddi yardımın edilmədiyinə dair görüntü yaratmaq istəyir. Özlüyündə yazıq və çarəsiz obraz yaradan Kərimli bununla xarici havadarlarından pul qoparmaq niyyətindədir. 

Kərimlinin pul hərisliyi o həddə çatıb ki, yaxın ətrafı da ondan bezib. Cəbhəçilər gec də olsa, başa düşürlər ki, Kərimli AXCP və "Azadlıq” qəzetindən yalnız öz maraqları naminə istifadə edir, xaricdən gələn qrantları təkbaşına mənimsəyir. 

Əli Kərimli ilə Qənimət Zahid arasında yaşanan 175 min avroluq qrant davasında narahat olan tərəflərdən biri də jurnalist Xədicə İsmayıldır. Həbsdən çıxandan sonra Kərimli ilə yola getməyən Xədicə 175 min avro vəsaitin təyinatı üzrə xərclənmədiyini deyib.

Məlum olub ki, qrant verən qurumlara göndərilən hesabatda qəzet işçilərinə 1000-1500 avro maaşın verildiyi qeyd edilib. Halbuki, "Azadlıq”ın işçiləri aylarla maaş ala bilmədiklərindən şikayətlənirlər. Göründüyü kimi, Əli Kərimli jurnalistlərin puluna belə göz dikməkdən çəkinmir. 



OXŞAR XƏBƏRLƏR

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...