Qəndab Quliyeva vəfat etdi - SON DƏQİQƏ
Cəmiyyət
14:12 / 26.06.2017
1372
Azərbaycanın xalq artisti, xanəndə Qəndab Quliyeva vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Hafiz Həmidov bildirib.
Qəndab Quliyeva xəstəxanadan evə aparılarkən yolda dünyasını dəyişib.
Ürək çatışmazlığından əziyyət çəkən xanəndə bu gün müalicə olunduğu Respublika Müalicəvi Diaqnostika Mərkəzində süni tənəffüs aparatından ayrılıb.
Mərhumla vida mərasimi sabah keçiriləcək. Xalq artisti Binə kənd qəbiristanlığında anasının yanında dəfn olunacaq.
Sfera.az