Qəfil ölümü ilə yadda qalan azərbaycanlı tanınmışlar — FOTO

Qəfil ölümü ilə yadda qalan azərbaycanlı tanınmışlar — FOTO
Ölümə bəzilərimiz adi, bəzilərimiz isə qorxulu hadisə kimi yanaşsaq da, bəzən taleyin qismətindən qaçmaq olmur. Kimi üçün erkən, kimi üçün isə gözlənilməz olan bu hadisə geridə qalanların ürəyində dərin izlər buraxır. Necə ki, bəzən tanınmış birinin qəfil ölümünü qəbul etməkdə çətinlik çəkirik.
 
Sfera.az qafqazinfo-ya istinadən qəfil ölümü ilə hər kəsi şoka salan məşhurları təqdim edir: 

Müğənni Şəfa Hüseynova 2005-ci il dekabrın 4-də avtomobil qəzasına düşüb. Rayondan toydan qayıdan ifaçının yanında anası, qardaşı və sürücü olub. Müğənninin qardaşı yaralı halda xilas edilsə də, anası və özü faciəvi şəkildə dünyasını dəyişib. 

Ölümünə insanları inandıra bilməyən məşhurlardan biri də reper Hüseyn Dərya olub. 15 mart 2014-cü ildə avtomobil qəzasında ağır yaralanaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılan Dəryanın həyatını xilas etmək mümkün olmayıb. Reperin ölmədiyini, qalmaqallardan bezdiyi üçün gizləndiyini və qəza xəbərini yaydığını iddia edənlər də oldu. 

"Çal-çağır" verilişində "Böyükxanım" obrazı ilə tanınan aktyor Ramiz Əliyev 2003-cü il avqustun 17-də avtomobil qəzası zamanı dünyasını dəyişib. 

Müğənni Samirə Bayramova 2014-cü il sentyabrın 26-da yol qəzasında ölüb. Qəzada ölərkən Samirənin bətnində körpəsi də olub. 

"Yeni Ulduz-2" yarışmasından tanınan gənc ifaçı Rəcəb Musayev 9 yanvar 2011-ci ildə avtomobil qəzasına düşüb. Rəcəb xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni ulduz" müsabiqəsinin daha bir iştirakçısı, "Əziz müəllimim" mahnısı ilə tanınan Leyla da yol qəzasında dünyasını dəyişib. Leyla ölərkən 2 aylıq hamilə olub. 

Xalq artisti İlhamə Quliyeva 2016-cı il fevralın 25-də qəfil ölümü ilə hər kəsi şoka salmışdı. Sənətçinin ölümünə inanmayanlar o qədər çox idi ki, xəbəri şayiə adlandıranlar da az deyildi. Ancaq müğənni ürək tromblaşmasından vəfat etmişdi. Müğənni 73 yaşında dünyasını dəyişib. 

Reper Anar Nağılbaz da qəfil ölümü ilə hər kəsin çaşqınlığına səbəb olmuşdu. Ötən il avqustun 4-də ölümü haqda sosial şəbəkələrdə məlumat yayılan müğənninin ölümü daha sonra təsdiqini tapmışdı. Spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma keçirən A.Nağılbaz xəstəxanada dünyasını dəyişib. Onun ölümündən qabaq ailə problemləri səbəbindən güclü stress keçirdiyi bildirilirdi. 

 

Klarnet ustası Sabirabadlı Zahid 2018-ci il dekabrda qəflətən dünyasını dəyişib.Onun anidən ürəyi partlayıb. 

2017-ci ilin noyabrında tanınmış jurnalist Natiq Qədimov ürəktutmasından süfrə başında vəfat edib. O, 41 yaşında infarktdan dünyasını dəyişib.

Müğənni Rüfət Mehdiyev 2011-ci ildə insultdan qəfil dünyasını dəyişib. 

Şən və Hazırcavablar Klubunun üzvü, millət vəkili Anar Məmmədxanov da illər öncə qəfil ölümü ilə hər kəsi kədərə boğmuşdu. Məmmədxanov 2011-ci ildə aprelin 23-də ürəktutmasından vəfat edib. 

Meyxana ustası Bayram Kürdəxanlı 2017-ci il avqustun 22-də gecə yol keçərkən avtomobil qəzası nəticəsində dünyasını dəyişib.

Tanınmış ginekoloq Səbinə Mirzəyeva da ölümü ilə tibb dünyası ilə yanaşı, pasiyentlərinin də üzüntüsünə səbəb olmuşdu. Çoxları onun ölümü ilə barışmır, şayiə ola biləcəyi ehtimalını irəli sürürdü. 2 oğul anası olan  Mirzəyeva  2018-ci il aprelin 3-də beyninə qan sızması nəticəsində vəfat edib. 




OXŞAR XƏBƏRLƏR

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti t...

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...