Cəmİyyət

Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent: "Suallar çox da çətin deyildi"

Qəbul imtahanında ən yüksək bal toplayan abituriyent:
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-də I və IV ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib.

İmtahanda I ixtisas qrupu üzrə 1 abituriyent Sumqayıt şəhəri, Texniki və təbiət elmləri liseyinin məzunu ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə - 400 bal toplayıb. 

Modern.az 400 bal toplayan Tofiq Muxtasanov əlaqə saxlayıb.  400 bal toplayan abiturient yüksək bal toplayacağına inandığını deyib.

"Buraxılış imtahanında 265 bal toplamışam. Bu il iki dəfə sınaq imtahanı oldu, birincidən 310 bal, digərindən 372 bal toplamışdım. əvvəlki illərlə müqayisədə Fizikada nəzəriyyəyə çox önəm verilmişdi. Həmin sualları cavablandırmaq üçün mövzunu dərindən bilmək lazımdır. Tutaq ki, hansısa abiturient müəyyən qaydaları əzbərləmişdisə artıq həmin sualları yaza bilməyəcəkdi. Yəqin ki, müəyyən çaşdırıcı suallar olduğuna görə 400 bal toplayan tək mən oldum.  Mənə görə suallar çox da çətin deyildi”.

Tofiq Muxtasanov deyib ki, Bakı Ali Neft Məktəbində oxumaq istəyir.

"Bakı Ali Neft Məktəbində İnformasiya Təhlükəsizliyi ixtisasını seçmək istəyirdim, ola bilsin Neft-Qaz və Kimyaya da verdim. Hələ tam qərar verməmişəm, fikirləşirəm”.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031