Qəbizlikdən əziyyət çəkənlər üçün - Kişmiş suyu resepti

Qəbizlikdən əziyyət çəkənlər üçün - Kişmiş suyu resepti
 

Kişmiş və kişmiş suyu kaliumla zəngindir. Bu mineral bağırsaqların normal peristaltikasını (hərəkətlilik) təmin edir ki, nəticədə qəbizlik problemi aradan qalxır.

Sfera.az bildirir ki, məhz kişmiş suyu ilə qəbizliklə mübarizə aparmaq olur. Bunun üçün 1 ovuc qara kişmişi yuyub, üzərinə 1 stəkan isti su töküb, 5-6 saat saxlamaq lazımdır.

Səhər tezdən acqarına bu suyu içib, kişmişləri yeyin və yarım saat sonra səhər yeməyi yeyin.

Bu metod 5 yaşından yuxarı uşaqlara da olar.

Eləcə də kişmiş suyu qaraciyəri toksinlərdən təmizləyir.

 

Bu üsulun bir kursu 7 gündür. Daha sonra 7 gün fasilə.

(medicina.az)


OXŞAR XƏBƏRLƏR